fbpx

Müəllimlərə hədiyyələrin verilməsi yolverilməzdir – Nazirlik

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“Müəllimlərə hər hansı formada hədiyyələrin verilməsi və ya vəsait toplanması yolverilməzdir”.

Metbuat.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilib.

Elm və Təhsil Nazirliyi, həmçinin qarşıdan gələn 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərimizi təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb.

“Valideynlərə müraciət edərək bildiririk ki, təhsil ictimaiyyətinin başlatdığı #MənimMüəllimim çağırışına qoşularaq müəllimlərə xoş söz, təbrik mesajlarının çatdırılması onlar üçün ən böyük hədiyyədir.

Elm və Təhsil Nazirliyi olaraq bildiririk ki, Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada hədiyyələrin verilməsi və ya vəsait toplanması yolverilməzdir.

Rüya tabirlerini burdan oku

Bu kimi hallarla rastlaşdıqda nazirliyin “Qaynar xətt” xidmətinə (146) anonim olmadan məlumat verməyinizi xahiş edirik. Bununla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələrinə tapşırıqlar verilib. Məsələ ilə bağlı müvafiq monitorinqlər aparılacaq”, – nazirlikdən qeyd edilib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Müəllimlərə #hədiyyələrin #verilməsi #yolverilməzdir #Nazirlik

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu