fbpx

Müəllimlər üçün mülki müdafiə kursları keçirilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Mərkəzin əhatə etdiyi ərazi üzrə şəhər və rayon ümumtəhsil orta məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin mülki müdafiə fənnini tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün kurslar keçirilib.

FHN-dən Metbuat.az-a verilən xəbərə görə, kurslara 1400-ə yaxın müəllim cəlb olunub.

Kurslarda FHN-in Muğan Regional Mərkəzinin və digər yerli qurumlarının, Təcili Təxirəsalınmaz Tibbi Yardım briqadalarının, regionda fəaliyyət göstərən rayonların təhsil sektorlarının əməkdaşları iştirak edib.

Rüya tabirlerini burdan oku

Tədbirlərin keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən sinif rəhbərlərinin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.

Kurslarda iştirak edən dinləyicilərə fərdi mühafizə vasitələrindən istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, təxliyə planlarının hazırlanması qaydaları, mülki müdafiə, yanğın və texniki təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumatlar verilib, mövzularla bağlı hazırlanmış fotoslayd və videoçarxlar nümayiş olunub.

Kurslarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Müəllimlər #üçün #mülki #müdafiə #kursları #keçirilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu