fbpx

Mübariz Mənsimovdan Türkiyədə zəlzələ bölgəsinə böyük yardım

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanlı iş adamı Mübariz Mənsimova aid “Palmali” Şirkətlər Qrupu zəlzələdən zərər görmüş Malatya şəhərində konteynerlər quraşdıracaq.

Metbuat.az bildirir ki, bununla bağlı şirkətin mətbuat katibi Fidan Quliyeva məlumat paylaşıb. Onun sözlərinə görə, “Yeşil yurt” adlanan ərazisində 100-ə yaxın konteyner quraşdırılacaq və şirkətin əməkdaşları artıq ərazidədir:

“Mərkəzi Kahramanmaraş daxil olmaqla 7,7 bal gücündə baş vermiş zəlzələ nəticəsində böyük itki və dağıntılara məruz qalmış bölgədə – Malatyadayıq. Hataydan sonra növbəti dayanacağımız məhz buradır. Gəlməyimizdə məqsəd “konteyner kent” qurmaqdır. “Palmali” şirkətinin əməkdaşları bura səfərbər olunublar. Malatyada səhərimizi yüngül yeraltı təkanlarla açdıq. Zəlzələ 3,4 bal gücündə idi. Amma insanlar arasında heç bir təşviş olmadı. Lakin insanların üzündə bir narahatlıq hissi hələ də var. Elə bugün də anladıq ki, burada istər konteynerlərə, istərsə də çadırlara böyük ehtiyac var”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Mübariz #Mənsimovdan #Türkiyədə #zəlzələ #bölgəsinə #böyük #yardım

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin