Müdafiə nazirinin müavini İtaliyada səfərdədir
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov İtaliya Respublikasına səfər edib.
Bu barədə BEY.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində Baş direktor İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.
Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlığa əsaslandığı qeyd olunan görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Görüşdə, həmçinin birgə layihələr, eləcə də bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |