Müdafiə nazirləri Vaşinqtonda Qəzzanı müzakirə etdi
Vaşinqtonda ABŞ-ın müdafiə naziri Lloyd Ostin Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman ilə görüşüb.
BEY.AZ xəbər verir ki, görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın artırılması və genişləndirilməsini müzakirə edilib. Pentaqonun açıqlamasına görə, Ostin ABŞ-ın Səudiyyə Ərəbistanının müdafiəsinə sadiqliyini bir daha bəyan edib. Səudiyyə Ərəbistanına regional roluna görə təşəkkür edən Austin bölgədəki təhdidlərlə bağlı Səudiyyə Ərəbistanı ilə işləməyə davam edəcəklərini qeyd edib.
Səudiyyə Ərəbistanından olan həmkarına ABŞ-ın İsrailə dəstəyi barədə məlumat verən Ostin, ABŞ-ın mülki insanları qorumaq və Qəzzaya humanitar yardım göndərməkdə qərarlı olduğunu bildirib. İki nazir regionda gərginliyin daha da artmasının qarşısını almaq üçün birgə işləmək barədə razılığa gəliblər