Müdafiə Nazirliyi əhaliyə müraciət etdi
Müdafiə Nazirliyi Seyfəli poliqonu ətrafında yayılan partlayış səsləri ilə bağlı əhaliyə müraciət edib.
Nnazirlikdən BEY.AZ-a bildirilib ki, cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir:
“Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |