fbpx
Xəbərlər

Müdafiə Nazirliyi bu şəxslərin həqiqi hərbi xidmətə və işə qəbulunu elan etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Müdafiə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrin tibb məntəqələrində, eləcə də həmin ərazilərdəki hospitallarda müxtəlif tibbi ixtisaslar üzrə vakant hərbi və mülki vəzifələrə həqiqi hərbi xidmətə və işə qəbul elan edib.

Bu barədə Metbuat.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, ali və orta ixtisas tibbi təhsilli, fiziki cəhətdən sağlam 35 yaşadək kişilər (müddətli həqiqi hərbi xidmətini başa vuranlar) və qadınlar, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində hərbi həkim və ya feldşer vəzifələrində xidmət keçmiş və ehtiyata buraxılmış 40 yaşadək zabit və gizirlər hərbi xidmətə və işə qəbul olunmaq üçün müraciət edə bilərlər.

Namizədlər Müdafiə Nazirliyinin Tibb İdarəsinə (Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 3) və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə müraciət edə bilərlər. Müraciət edənlərin nəzərinə çatdırırıq ki, vakant mülki və hərbi vəzifələrə qəbul tələb olunan tibbi ixtisaslar üzrə həyata keçiriləcək.

Qeyd: Vətəndaşlar bazar və bayram günləri istisna olmaqla hər gün saat 09:00-dan 17:00-a kimi müraciət edə bilərlər.

Məhkumluğu olan və xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin müraciət etməmələri xahiş olunur.

Əlavə məlumat üçün:

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 3

Əlaqə nömrəsi: (012) 530-20-47

Elektron poçt ünvanı: [email protected]



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Müdafiə #Nazirliyi #şəxslərin #həqiqi #hərbi #xidmətə #və #işə #qəbulunu #elan #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu