Müdafiə naziri Həmrəylik Günü və Yeni illə bağlı şəxsi heyəti təbrik edib
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hərbçi və mülki işçilərə təbrik ünvanlayıb.
Metbuat.az xəbər verir ki, təbrikdə deyilir:
Ölkəmizin inkişafında prioritet istiqamətlərdən hesab edilən Azərbaycan Ordusunun hərbi qüdrətinin gündən-günə artırılması respublikamızın müdafiəsinə və təhlükəsizliyinin təminatına möhkəm zəmin yaradıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artaraq regionda sülhün və sabitliyin qorunmasında böyük töhfələr verilib.
2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında başlayan Vətən müharibəsi zamanı Böyük Zəfərin qazanılmasında rəşadətli Azərbaycan Ordusunun şəxsi heyəti misilsiz qəhrəmanlıq, fədakarlıq nümunələri göstərərək 30 ilə yaxın müddətdə düşmən işğalında olan torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, yüksək diplomatik bacarığı, cəsarətli, qətiyyətli addımları nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarda üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı artıracaqsınız.
Hərbi anda sədaqətə, çətin və şərəfli xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm. Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyünün qorunması naminə canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları hər iki bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, Xalqa, Dövlətə şərəfli xidmətinizdə uğurlar arzulayıram. Bayramınız mübarək olsun!”
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Müdafiə #naziri #Həmrəylik #Günü #və #Yeni #illə #bağlı #şəxsi #heyəti #təbrik #edib