Müdafiə Nazirliyi əsgərin iddialarına cavab verdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Müdafiə Nazirliyi müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçunun sosial şəbəkələr vasitəsilə müraciətinə münasibət bildirib.
Metbuat.az xəbər verir ki, nazirik bildirib:
“İlk olaraq qeyd edək ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar.
Bildirik ki, hərbi qulluqçunun məlum müraciətində səsləndirilən fikirlər yalandır, əsassızdır. Bu kimi qeyri – adekvat çıxışlar Ordumuzun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə xidmət edir.
Sosial şəbəkələr vasitəsilə Ordumuzun xidməti fəaliyyətinə müdaxilə edilməsi cəhdini qəti surətdə pisləyir və belə addımları yolverilməz hesab edirik”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.