fbpx

Müğənnini öldürən əri barədə QƏRAR VERİLDİ

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Müğənni Yaqut Nərimanı (Həşimova) qətlə yetirməkdə ittiham olunan əri Anar Həşimov hakim qarşısına çıxarılıb.

BEY.AZ “Qafqazinfo”ya istinadən bildirir ki, Nizami Rayon Məhkəməsində keçirilən iclasda prokuror təqsirləndirilən şəxs barədə həbs qətimkan qərarı verilməsini istəyib. Məhkəmə istintaq orqanının təqdimatını əsaslı hesab edib.

Qərara əsasən, A.Həşimov barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 39 yaşlı Anar Həşimovun Nizami rayonunda birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 38 yaşlı Yaqut Həşimovanı bıçaq xəsarətəri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Həşimov şübhəli şəxs qismində tutulub.

Rüya tabirlerini burdan oku
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Müğənnini #öldürən #əri #barədə #QƏRAR #VERİLDİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu