fbpx

Müğənnini təqib edən şəxsin kimliyi bilindi



Müğənni Sevda Sanaliyevanı təqib edən şəxsin kimliyi bəlli olub və o, polisə çağırılıb.

BEY.AZ xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, vətəndaş Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılır: “Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Araşdırmanın nəticəsinə əsasən, qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.

Xatırladaq ki, ötən gün müğənni Sevda Sanaliyeva xoşagəlməz hadisə ilə üzləşib. S.Sanaliyeva yaşadığı evə qayıdarkən, bir nəfər kişi tərəfindən təqibə məruz qalaraq, qorxudulub. Bununla bağlı müğənni “Instagram” səhifəsində paylaşım edib. Paylaşımdan sonra polis dərhal araşdırmaya başlayıb.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin