fbpx

Müğənnilərin nitqində qüsurlar monitorinq edilir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi mahnı ifaçılarının nitqində qüsurların müəyyənləşdirilməsi məqsədilə monitorinqlərə başlanılıb.

Metbuat.az xəbər verir ki, bununla bağlı Monitorinq Mərkəzində “Mahnı janrı və Azərbaycan dili” adlı tədbir keçirilib.

Tədbir ifaçılıq sənətində, xüsusilə mahnı janrında Azərbaycan dilinin praktik vəziyyəti və düzgün tətbiqi, mövcud problemlərin həlli ilə bağlı məsələlərin müzakirəsinə həsr edilib.

Rüya tabirlerini burdan oku

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru professor Sevinc Əliyeva Azərbaycan musiqi sənətinin ayrılmaz hissəsi olan mahnı janrının xalqımızın mənəvi-estetik zövqünün formalaşmasında mühüm rol oynadığını bildirməklə ana dilinin şirinlik və həzinliyini, gözəllik və zənginliyini ifadə etmək baxımından da geniş imkanlara malik olduğunu diqqətə çatdırıb.

Bəstəkarlıq məktəbimizin bir çox tanınmış simaları mahnı janrının inkişafında böyük rol oynayaraq Azərbaycan musiqi mədəniyyətinə dəyərli töhfələr vermiş, mövzu və məzmun müxtəlifliyi, musiqi və poetik dilin aydınlığı, rəngarəngliyi ilə seçilən ölməz əsərlər yaratmışlar. S.Əliyeva bildirib ki, Azərbaycan dilinin ifaçılıq sənətində, xüsusən mahnı janrında qorunması və düzgün tətbiqi, ədəbi dil normalarına riayət olunması olduqca zəruridir. O, eləcə də son zamanlar teleradio məkanında bayağı musiqisi, bəsit mövzusu və dolğun məzmunu olmayan mahnılara geniş yer verildiyini təəssüflə qeyd edib.

Mahnının yaranmasında söz, bəstə və ifanın vəhdətini mühüm amil kimi dəyərləndirən Mərkəzin baş mütəxəssisi Aygün Qurbanova bu sahədə ciddi probemlərin olduğunu bildirib. O, hazırda mahnıların böyük əksəriyyətinin peşəkar bəstəkarlar tərəfindən deyil, həvəskar bəstəçi və aranjimançılar tərəfindən hazırlandığını qeyd edərək mahnı mətnlərinin də çox vaxt elə bəstəçi tərəfindən musiqinin ritminə uyğun olaraq, ədəbi janrın tələblərinə məhəl qoyulmadan yazıldığını bildirib. A.Qurbanova ifaçıların nitqində dilimizə yad intonasiyaların mövcudluğunu, eləcə də vokal sənətinin digər dillərin fonetikası üzərində qurulmasını ciddi norma pozuntusu kimi dəyərləndirib. İfaçıların nitqində bu kimi qüsurların müəyyənləşdirilməsi məqsədilə monitorinqə başlanıldığı da vurğulanıb.

Çıxış edən qonaqlar musiqi janrında söz və musiqinin vəhdəti, ifa zamanı orfoepiya normalarına riayət olunması, sözlərin düzgün vurğu ilə tələffüz edilməsi və s. məsələləri müzakirə edib, müəyyən söz yığınından ibarət mətnlərə bəstələnmiş bayağı mahnıların zəngin musiqi mədəniyyəti olan xalqımıza məxsus mənəvi dəyərlərə xələl gətirdiyini bildiriblər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu