fbpx

Mühafizəçilərə də etibar etmir, şübhələndikləri yoxa çıxır…

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya oliqarxları Putini hər şeyə görə cavabdeh çıxarmaq və onu Qərbə təhvil vermək istəyirlər… Kreml rəhbəri bütün əlaqələri məhdudlaşdırıb və uduzduğu bu müharibəyə çox şey qoyduğunu anladığı üçün öldürüləcəyindən qorxur… Rusiya prezidenti Vladimir Putin fiziki məhvindən qorxur. Ona görə də uzun müddətdir ki, Kremlə getmir. Ukraynada müharibə başlayandan sonra o, xüsusi mühafizə olunan bunkerə köçüb.

Metbuat.az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə “Faktı” nəşrinə Sosial-İqtisadi Transformasiya İnstitutunun direktoru İlya Nesxodovski özəl mənbələrə istinadla məlumat verib.

“Putinin bunkerdə olması ilə bağlı yayılan xəbərlər doğrudur. Bu kontekstdə onun Türkiyəyə uçması çox şübhəlidir. Kreml rəhbəri bütün əlaqələri məhdudlaşdırıb və uduzduğu bu müharibədə çox şey qoyduğunu bildiyi üçün öldürüləcəyindən qorxur. Putin çox, çox qorxur. İndi onunla bütün söhbətlər yalnız onlayn olur. Heç kəs ona yaxın buraxılmır”, – deyə Nesxodovski bildirib.

Rüya tabirlerini burdan oku

Onun sözlərinə görə, Putin hamıdan qorxur və hətta öz mühafizəçilərinə belə etibar etmir.

“Onun hər kəsi özündən çox uzaq tutması koronavirusa görə deyil, sadəcə olaraq hər hansı susi-qəsd cəhdindən qorxur, ona görə də heç kim ona 10 metrdən yaxın yaxınlaşmamalıdır… Əlbəttə, bu təhlükəsizlikdir. Düzdür, o güvənmir, nəticədə bəzi mühafizəçilər vaxtaşırı yoxa çıxır: dünən orada idilər, bu gün yoxdurlar. Putin kimdənsə şübhələndisə, həmin adam… yoxa çıxır”.

O, həmçinin bildirib ki, şayiələrə görə oliqarxlar Putini hər şeyə görə cavabdeh çıxarmaq və onu Qərbə təhvil vermək istəyirlər.

“Ancaq indiyədək bu plan təhlükəsizlik qüvvələri arasında dəstək tapmayıb, onların hamısı Putinin tərəfdarıdır. Hətta departamentlərdən birində aparılan təmizləmələrə və ixtisarlara rəğmən… Hər şey ona görədir ki, onları yaxşı “yedizdir”ir. Eyni zamanda iqtisadiyyat da, sadəcə, olaraq vəziyyətə fəlakətli təzyiq göstərir. Ona görə bəlkə də nəsə dəyişəcək”, – deyə Nesxodovski yekunlaşdırıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu