fbpx

Müharibənin bir addımlığında – Avropanın xəritəsi dəyişəcək

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

ABŞ Prezidenti Cozef Bayden İrana hədə-qorxu gələrək bildirmişdi ki, Tehran və ya onun müttəfiqləri Yaxın Şərqdə yerləşən Amerika hərbçilərinə hücum edərsə, ABŞ sərt cavab verəcək.

Buna cavab olaraq İran Xarici İşlər Nazirliyi ABŞ-yə xəbərdarlıq edərək qeyd olunub ki, əgər ABŞ İrana və onunla əlaqəli infrastruktura zərbə endirsə, cavab təsəvvüredilməz olacaq.

Vəziyyət barədə BEY.AZ-la fikirlərini bölüşən siyasi şərhçi Kənan Novruzov hesab edir ki, HƏMAS–la İsrail arasında Yaxın Şərqdə başlayan döyüşlərdən sonra şübhəsiz ki, ABŞ və İran arasında gərginlik daha da artıb:

“ABŞ İsrailə dəstəyini ifadə etdiyi kimi, İranda müsəlman dövləti olduğuna görə HƏMAS-ı dəstəkləyir. Bu da İran və ABŞ arasındakı gərginliyi daha da artırır. Yaxın Şərqdəki gərginliyin uzun müddət davam edəcəyini düşünürəm və ehtimal edirəm ki, miqyası genişlənəcək. Müharibə indi iki tərəf arasında olsa da, prosesdə maraqlı olanlar çoxdur. Bu müharibədə siyasi aktorların – ABŞ-nin, Rusiyanın, İranın, hətta Türkiyənin bu böyük maraqları var. Onlar bu kontekstdən yanaşanda Yaxın Şərqdə maraqlarının təmin olunmasına çalışırlar. Bəziləri düşünür ki, bu müharibə Rusiyanın maraqlarına uyğundur. Məsələ ondadır ki, hazırda ABŞ-nin diqqəti Ukraynadan yayındığı üçün yaranmış vəziyət Rusiyanın əlini gücləndirir. Mən də bir çox analitik kimi fikirləşirəm ki, ABŞ-nin artıq Rusiya ilə işi demək olar ki, yekunlaşdığı üçün ərəb dünyası ilə haqq-hesaba başlayıb”.

İranın ərəb dünyası hesab olunmasa da ABŞ-nin bir nömrəli düşməni olduğunu qeyd edən siyasi şərhçi bildirdi ki, Tehran artıq Vaşinqtonun hərbi hədəfindədir.

Rüya tabirlerini burdan oku

“Birbaşa toqquşmalar baş verməsə də, ABŞ ilə İran arasında gərginlik diplomatik müstəvidə maksimum həddə çatacaq. Dünyada hazır proksi müharibə gedir. Böyük dövlətlər təsir dairələrində olan dövlətlərdən istifadə edərək maraqların təmin edirlər. Əslində biz üçüncü dünya müharibəsinə doğru gedirik. Doğrudur, bu elan edilməyib amma gedişat ona doğrudur. Şübhəsiz ki, bütün bu hadisələrin yekununda həm dünyanın, həm də Avropanın xəritəsi dəyişəcək”.

Gülbəniz Hüseynli / BEY.AZ

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Müharibənin #bir #addımlığında #Avropanın #xəritəsi #dəyişəcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu