fbpx

Müharibədən sonra Rusiyanı nə gözləyir?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya SSRI dağılandan indiyə qədər qazandıqlarının bir hissəsini 2022-ci ildə, qalanlarını isə yaxın bir neçə ilə itirəcək. Rusiya təkcə enerji bazarından deyil, dünya iqtisadiyyatının tərkib hissəsindən qoparılacaq”.

Metbuat.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Elman Sadıqov deyib. Ekspert vurğulayıb ki, dünya Rusiyadan bu qədər açıq təcavüz gözləmədiyi kimi, Rusiya da elan olunan sanksiyalar paketini gözləmirdi.

Elman Sadıqov: “10 gündən sonra kreditlərin restruktruzasiyasına başlanılacaq”

Rüya tabirlerini burdan oku

Bəs sanksiyalara dözməyə məcbur qalan Rusiyanı hansı gələcək gözləyir?

“Bu sanksiyalara dözəcək Rusiya bir müddət sonra daha çox aqrar ölkəyə çevriləcək. Bundan sonra Rusiya üçün ABŞ və Qərb qədər həm də öz oliqarxları təhlükəli olacaq. Müharibənin nəticəsindən asılı olmayaraq Rusiyanın maliyyə-iqtisadi itkiləri çox ağır olacaqdır. Müharibənin uzanıb-uzanmamasından asılı olmayaraq nəticələrinin təsirləri uzunmüddətli olaraq qalacaqdır”.

Rusiyanın “SWIFT” sistemindən çıxarılmağın ən son addım olduğunu bildirən Elman Sadıqov deyir ki, diqqətin “SWIFT” də olduğu bir vaxtda gözlənilmədən Rusiyanı əsas dörd rezerv valyuta ilə əməliyyatlardan kənarlaşdırıb əlindəki trilyon dolları da dondurmaq daha uğurlu addımdır. Hələ oliqarxlara qarşı sanksiyalar da tətbiq edilə bilərdi.

“Təəssüflə bildirim ki, bu hadisələrin bütün MDB dövlətlərinin iqtisadiyyatlarına birbaşa və dolayı olaraq mənfi təsirləri qaçılmazdır. Baş verənlərdən sonra digər MDB ölkələrinə nisbətən Azərbaycanın müqayisədə manevr imkanları daha çoxdur” deyə ekspert fikirlərini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu