fbpx

Murad Musayev 100-cü oyununu keçirib

BEY.AZ informasiya agentliyi xəbər verir


Murad Musayev “Qəbələ”nin heyətində 100-cü oyununu keçirib.

Metbuat.az kluba istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçinin yubileyi Premyer Liqanın XXXII turuna təsadüf edib.

“Səbail”lə ev matçı (4:2) arxa xətt oyunçusunun “qırmızı-qaralar”ın heyətində 100-cü sınağı olub. Musayev bu qarşılaşmalarda 3 qola imza atıb.

Müdafiəçinin “Qəbələ”də debütü 2012/2013 mövsümündə gerçəkləşib. O, ilk dəfə 2012-ci il avqustun 10-da Premyer Liqanın “İnter”lə görüşündə (1:0) şans qazanıb. Musayev ümumilikdə ölkə çempionatında 87, kubokda 12, avrokuboklarda 1 matçın iştirakçısı olub. Onun bütün qolları Premyer Liqaya təsadüf edib.

Müdafiəçi 100 və daha çox oyun keçirən 13-cü futbolçu kimi “Qəbələ”nin tarixinə düşüb. Bu göstəricidə rekord Urfan Abbasova məxsusdur. O, “qırmızı-qara” formada 263 matça çıxıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Murad #Musayev #100cü #oyununu #keçirib

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin