fbpx

Müsəlmanların 40 faizi yoxsulluq içində yaşayır

BEY.AZ informasiya agentliyi xəbər verir


“Ramazan paylaşmaq, başqalarına əl tutmaq və imkansızlara yardım etmək ayıdır. Hər birimizin qayğıya ehtiyacı olanlara yalnız Ramazan ayında deyil, il boyu dəstək olmağımız çox vacibdir”.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, hazırda xeyli sayda müsəlmanlar dünyada ən kasıb insanlar sırasındadır: “Dünya müsəlmanlarının 40 faizi yoxsulluq içərisində yaşayır. Hər beş müsəlmandan birinin gündəlik gəliri bir dollardan azdır. Qlobal təbii ehtiyatların 70 faizindən çoxuna sahib olan Müsəlman aləmində dünyadakı yoxsul əhalinin 45 faizi yaşayır. Dünya əhalisinin 25 faizini təşkil edən müsəlman ölkələrində dünyadakı hər iki yoxsul şəxsdən biri yaşayır.

Göründüyü kimi, yoxsulluq və bir sıra hallarda aclıq xeyli sayda müsəlman ölkələri üçün ən ciddi problemlərdən biridir. Müqəddəs Ramazan ayında olduğu kimi, digər zamanlarda da müsəlmanlar ehtiyacı olan insanlara yardım etməklə yoxsulluq həddini azalda bilərlər. Təbii ki, müqəddəs kitabların hamısı dinindən asılı olmayaraq, hər bir şəxsin ehtiyacı olanlara dəstək olmasını buyurur”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin