Müşahidə üçün ərizələrin MSK-ya təqdim edilməsi müddəti başa çatdı
Respublika ərazisindəki bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatıb.
BEY.AZ xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının “Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.
Seçki qanunvericiliyinə əsasən, dairələrdə aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) və beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) müşahidə aparmaq hüququna malikdirlər.
Məcəlləyə görə, bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin MSK-ya təqdim edilməsi seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək yekunlaşdırılmalıdır.
Təqvim Planında bu tarix 2024-cü il avqustun 22-dək nəzərdə tutulmuşdu.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |