fbpx

Mütəmadi olaraq alma yemək bu xəstəliklərdən qoruyur

BEY.AZ informasiya agentliyi xəbər verir


Almanın istehlakı sağlamlıq üçün bir sıra üstünlüklə bağlıdır, o cümlədən ürəyin sağlamlığını möhkəmləndirməyə kömək edir, orqanizmin xərçəngə qarşı müdafiəsini gücləndirir.

Alma çox istifadə edilən meyvədir, lakin, alimlərin fikrincə, onun qida dəyərinə çox vaxt lazımi qiymət verilmir.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, mütəmadi olaraq alma yemək bir çox xəstəliklərə qarşı mübarizədə kömək edir, gündə 1 dənə alma yemək vərdişi sağlamlığın mümkün yaş zəifləməsindən müdafiəsi üçün ən faydalı adətlərdən biridir.

Tədqiqatlar göstərir ki, almanın tərkibində çox sayda faydalı fitokimyəvi maddələr var. Almanın tərkibində çox miqdarda antioksidantlar var: o antioksidant fəallığının ölçüsünə görə quşüzümündən sonra ikinci yerdədir. Məsələn, onun tərkibində ürək xəstəlikləri və xərçəng kimi xəstəliklərə səbəb olan sərbəst radikallar tərəfindən zədələnmədən hüceyrələri müdafiə edən oksidantların vacib qrupu olan polifenollar çoxdur.

Almadan maksimal dərəcədə fayda əldə etmək üçün onu yaxşıca yumaq və qabığı ilə birlikdə yemək lazımdır. Almanın qabığı lifin yarısını və meyvənin polifenollarının çox hissəsini ehtiva edir.

Almanın tərkibində digər antioksidantlar – fenollar və karotinoidlər var.

Həmçinin meyvənin tərkibinə C vitamini, mis, kalium, K vitamini, В (B1 və B6) qrupu vitaminləri, E vitamini daxildir.

Gündə bir alma istehlak etmənin səbəbləri:

Xərçəngin profilaktikası. Bəzi tədqiqatlar göstərib ki, almada olan iltihab əleyhinə və antioksidant təsirinə malik olan bitki birləşmələri xərçəng inkişafı riskini azaltmağa köməklik edir.

Ürək xəstəliklərinə qarşı müdafiə. Almanın tərkibində olan həll olunan lif xolesterinin səviyyəsini aşağı salmağa kömək edir, gündə bir almanın qəbulu isə demək olar ki, statinlər kimi effektiv şəkildə ürək xəstəliklərinin səbəb olduğu ölüm hallarının sayını azaltmağa köməklik edir.

Şəkərli diabet riskini azaldır. Tədqiqatlar göstərir ki, çoxlu miqdarda şirin olmayan yaşıl almanın qəbulu 2-ci tip şəkərli diabetin inkişafı riskinin azalmasına bağlıdır.

Daha yaxşı sümük sağlamlığı. Tədqiqatçılar müəyyən ediblər ki, mütəmadi şəkildə alma istehlak edən qadınlar bu vərdişi olmayan qadınlara nisbətən daha az kalsium itirirlər.

Zehni geriləmədən qorunma. Bir neçə tədqiqat göstərib ki, alma insanların yaşa bağlı zehni geriləmədən, Altsheymer xəstəliyinin inkişafından qorunmanı gücləndirir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin