Muxtar Babayev Cennifer Morqanla görüşdü
COP29-un prezidenti Muxtar Babayev və Almaniyanın Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüşüblər.
BEY.AZ xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.
“COP29-un prezidenti Muxtar Babayevin rəhbərlik etdiyi COP29-un Rəyasət Heyəti Bakıda keçiriləcək COP29-da ümumi prioritet məsələlərin həllində gələcək tərəqqi yollarının axtarını davam etdirmək üçün Almaniyanın Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan ilə görüşüb”, – məlumatda bildirilib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |