Nərmin Həsənova vəzifəsindən azad edildi
Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova vəzifəsindən azad olunub.
BEY.AZ-ın məlumatına görə, o, səhhətində yaranan problemlə əlaqədar öz ərizəsi əsasında ixtisası üzrə müəllim kimi saxlanılmaqla tutduğu vəzifədən azad edilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən faktı “Report”a təsdiqləyiblər.
Bildirilib ki, direktor vəzifəsi həmin məktəbin coğrafiya müəllimi Aslanlı Sahilə həvalə olunub.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |