fbpx

Nənəsi Mahir Emrelini məhkəməyə verdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Hazırda Türkiyənin “Konyaspor” klubunda çıxış edən Mahir Emreli və bacısı Ayişə Emreli məhkəməyə verilib.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iddiaçı futbolçunun nənəsi Quliyeva Mahirə Həmid qızıdır. İşin mahiyyəti mənzilə istifadə hüququna xitam verilməsi ilə bağlıdır.

Əldə etdiyimiz məlumata görə, Mahirə Quliyeva birinci instansiya məhkəməsində istəyinə çata bilməyib. Bu baxımdan, futbolçunun nənəsi apellyasiya şikayəti verib.

Rüya tabirlerini burdan oku

İş hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Babayevin icraatındadır.

Mahirə Quliyeva

İki il əvvəl isə Mahir Emrelinin anası Elnurə Emreli keçmiş həyat yoldaşı, tanınmış prodüsser Anar Mədətovu və onun anası Mahirə Quliyevanı məhkəməyə verib. O, birgə nikah dövründə əldə edilən əmlakın bölünməsi və həmin zaman götürdükləri kredit öhdəliyinin birgə ödənməsini tələb edib.

Həmin vaxt Anar Mədətov da məhkəməyə müraciət edərək, keçmiş arvadına qarşı iddia qaldırıb. Prodüsser də əmlakın bölüşdürülməsini istəyib.

Nəsimi Rayon Məhkəməsi tərəflərin iddiasını qismən təmin etsə də, Anar Mədətov qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Bu çəkişmənin sonu barədə açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir.

Bəzi məlumatlara görə, Mahirə Quliyeva ilə nəvələri arasında olan məhkəmə çəkişməsi əvvəlki prosesin davamıdır.

Mahir Emrelinin atası Anar Mədətov keçmiş xanımı Elnurə Emreli ilə boşanmadan başqa bir qadınla evləndiyinə görə ailədə narazılıq yaranıb. Futbolçu və bacısı bu olaydan sonra atasının soyadından imtina edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Nənəsi #Mahir #Emrelini #məhkəməyə #verdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu