Nəqliyyat dəhlizlərində daşınan yüklərin həcmi açıqlandı
Bu ilin yanvar-avqust aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 21 861,7 min ton təşkil edib.
Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, yüklərin 9 908,5 min tonu və ya 45,3%-i dəmir yolu nəqliyyatı, 6 198,3 min tonu və ya 28,4%-i avtomobil nəqliyyatı, 5 754,9 min tonu və ya 26,3 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Məlumata görə, dəhlizlər vasitəsilə daşınmış yüklərin 57,7%-i və ya 12 608,8 min tonunu tranzit yüklər təşkil edib