fbpx

Nəqliyyat qəzalarında xilasetmə mövzusunda təlim keçirilib

BEY.AZ informasiya agentliyi xəbər verir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim-məşq keçirib.

FHN-dən Metbuat.az-a verilən xəbərə görə, təlim-məşqin keçirilməsində məqsəd nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim-məşq zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı avtomobildə baş vermiş “yanğın” söndürülüb, deformasiyaya uğramış avtomobildən “zərərçəkmiş xilas edilərək təxirəsalınmaz ilkin tibbi yardım göstərilib”.

Uğurla keçirilmiş təlim-məşqin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin