fbpx

“Nərimanov” elektrik deposunda daha 3 təmir-baxış sahəsi yenidən qurulur

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bakı Metropoliteni” QSC 1966-cı ildə fəaliyyətə başlamış “Nərimanov” elektrik deposunun qatarların texniki-baxışı və dayanma-gecələmə sahəsinin daha 3 qanovunu yenidən qurur.

Metbuat.az xəbər verir ki, ilk tədbirlər çərçivəsində qanovların tavan hissəsində təmir işləri aparılır.

Buna paralel olaraq, yollar sökülüb. İşlər çərçivəsində tətbiq ediləcək ən mühüm yenilik həm də funksional əhəmiyyət daşıyacaq. Buna qədər yalnız dayanma üçün xidmət göstərən bu 3 qanov normativ göstəricilərə uyğun dərinləşdirilir. Bununla texniki baxış üçün şərait yaradılacaq.

Rüya tabirlerini burdan oku

Artıq iki qanovda standartlara uyğun dərinlik qazılıb, özül təbəqə çıxarılıb. Bir qanovun betonlanma işləri başa çatdırlıb. Daha biri isə yekunlaşmaq üzrədir. Texnoloji proseslərin ardıcıllığına uyğun olaraq, daha bir qanovda qazıntı işləri aparılır. Dərinləşdirilmiş qanovların funksional fəaliyyəti üçün eniş pilləkənləri qoyulacaq. Döşəmədə yeni beton özül təbəqə yaradılaraq divarlar suvanıb rənglənəcək. Bu işlərə paralel olaraq, qanovların yan hissədə baxış yolları da müvafiq normativlərə uyğun, karbonat və çınqıl təbəqə ilə doldurularaq betonlanacaq. Qanovlarda yeni drenaj, müasir elektrik təchizatı və işıqlanma sistemi qurulacaq.

Təmirin son mərhələsində yolun müasir üstquruluş elementləri qoyulacaq. Həmçinin qatarların baş vaqonunun ön hissəsinə xidmət göstərmək üçün xüsusi qaldırıcı mexanizmlər quraşdırılacaq. Digər təmir olunmuş qanovlar kimi, bu sahənin döşəməsi də estetik görkəmə təsir edən dayanıqlı epoksid maddə ilə boyanacaq.

Bütün tədbirlərin sonunda yenidən qurulmuş qanovlarda qatarların qəbul edilməsi və xəttə buraxılması sahəsi üçün yeni tipli kommutasiya qurğuları tətbiq ediləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu