Namik Ələskərov “Bursaspor” azarkeşləri ilə vidalaşdı
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyənin “Bursaspor” klubu və azarkeşlərlə vidalaşıb.
Metbuat.az xəbər verir ki, “Sabah”a keçən 27 yaşlı yarımmüdafiəçi bununla bağlı özünün instaqram səhifəsində bu münasibətlə paylaşım edib:
“Nəticə istədiyimiz kimi olmasa da, komandanın uğur qazanması üçün əlimdən gələni etməyə çalışdım. Səhvlərim olubsa, bağışlayın. “Bursaspor”un ən qısa zamanda layiq olduğu yerlərə gələcəyinə əminəm. Nəticədə qaydalara görə, klubdan ayrılmaq məcburiyyətində qaldım. Rəhbərliyə, məşqçilər və işçi heyətinə, xüsusilə də azarkeşlərə sonsuz təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Namik Ələskərov “Sabah”la 3 illik müqavilə imzalayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.