fbpx

Narin cinayətində ağlasığmaz iddia – DETALLAR



Diyarbəkirin Bağlar rayonunun Tavşantəpə məhəlləsində itkin düşən və 19 gün sonra dərə yatağında çuval içində cansız cəsədi tapılan 8 yaşlı Narin Güranın qətli ilə bağlı istintaq davam edir.

BEY.AZ türk mediasına istinadən xəbər verir ki, saxlanıldıqdan sonra sentyabrın 11-də sərbəst buraxılan məscidin imamı R.K. barəsində inzibati araşdırma başladılıb və 2 müfəttiş təyin edilib.

Qərara səbəb R.K-nın telefonunda nalayiq görüntülərin olması ilə bağlı iddiaların yayılmasıdır.

İstintaq çərçivəsində avtomobilində DNT izləri Narinə aid olan əmisi Səlim Güran, cəsədi daşıdığını etiraf edən Nevzat Bəhtiyar, Narinin anası Yüksel Güran və böyük qardaşı Enes Güran da daxil olmaqla 12 nəfər həbs edilib.







ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin