Narinin ölüm səbəbi və tarixi bilindi
İtkin düşəndən 19 gün sonra cansız meyiti tapılan 8 yaşlı Narinin ölümü ilə bağlı tibbi ekspertizanın hesabatı yayımlanıb.
BEY.AZ xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Hesabatda “Mövcud məlumatlarla Narin Güranın cinsi təcavüzə məruz qalıb-qalmaması ilə bağlı tibbi qiymətləndirmə aparıla bilmədiyi” qeyd edilib.
Narinin ölüm tarixinin isə 21 avqust olduğu müəyyən edilib:
“Uşağın ölümünün ağız-burun bağlanması və boyun sıxılması nəticəsində baş verdiyi yekdilliklə qəbul edilib”.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |