fbpx

Narkomanların yalvarış mesajları…

Rüya Yorumları burda

Azərbaycanda narkotikdən istifadə edənlərin sayında artımın müşahidə edilməsi cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Düzdür, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən mütəmadi olaraq əməliyyatlar keçirilir, narkotik satışı ilə məşğul olan qruplaşmalar məsululiyyətə cəlb olunur. Bunun nəticəsidir ki, məhkəmələrdə gündəlik baxılan işlərdən yarısı narkotik satışı ilə məşğul olanlarla bağlıdır.

İstər dövlət, istərsə də qeyri-hökumət təşkilatları tərəfindən narkomaniyaya qarşı tədbirlər, maarifləndirici aksiyalar da təşkil olunur. Ancaq təəssüf ki, “ağ ölüm”ə düçar olanlar, bu bəladan qurtulmaqda çətinlik çəkirlər. Beləcə, zamanla hər şeyini itirən narkomanlar, həm çıxılmaz, həm də daha təhlükəli duruma düşürlər.

Bunun növbəti bariz sübutu narkotik satışı ilə məşğul olduğu üçün məhkəmə qarşısına çıxarılan və bu səbəbdən 6 il müddətinə azadlıqan məhrum edilən Fariz Quliyevin (soyad şərtidir) cinayət işində öz əksini tapıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində keçirilən prosesdə narkotacir Farizin telefonuna narkoman müştərilən yazdığı SMS-lər də sübut kimi təqdim olunub.

SMS-lərin mətnindən bir vaxtlar normal həyatları olan, lakin sonradan narkotik istifadəçisinə çevrilən bu şəxslərin hansı duruma düşdüklərini anlamaq heç də çətin deyil.

Həmin mesajlardan bir neçəsini təqdim edirik:

– “Balam ölsün, səhər gəlib “şüşə”ni götürəcəm”.

– “Qurban sənə, gəlim məni tez yola sal, vəziyyətim çox pisdir, nolar”.

– “Qaqa, evdən çıxa bilmədim, lomkadan ölürəm, 1 saata gəlim telefonu verim, götürüm. Saat 11-12-ə gəlib 15 manat verib telefonu götürəcəm”.

“Fariz, nə olar, 5 ver də, vallah, ölürəm, təkəm, ölürəm”.

“Əmi, gec gələrsən, səndən başqa heç kimin yanına getmirəm, ağrıdan da ölürəm”.

“Ataş, telefonu aç, ölürəm”.

Qeyd edək ki, məhkəmə materiallarında bu tip mesajlar kifayət qədərdir. Qeyd olunan SMS-lərin məzmununun təqdim edilməsini həm də narkomaniyaya qarşı atılmış addım kimi də qəbul etmək olar. Hər halda bunları oxuyanlar, narkotik istifadəçisi olduğu halda, onları hansı sonun gözlədiyini bəribaşdan müəyyənləşdirmiş olacaqlar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu