fbpx

Narkotik satan, oğurluq, quldurluq və soyğunçuluq edən 75 nəfər saxlanıldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Suraxanıda son 1 ayda keçirilən əməliyyatlarda üzərində qanunsuz olaraq odlu silah gəzdirən narkotiklərin satışı ilə məşğul olan, oğurluq, quldurluq və soyğunçuluq cinayətləri edən 75 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 61 nəfər saxlanılıb. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən 36-sı barəsində məhkəmə tərəfindən həbs, 25-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib. Saxlanılan şəxslrədən ümumilikdə 12 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Binə, Qaraçuxur Əmircan qəsəbələrində yerləşən evlərdən, mağazalardan silsilə oğurluqlar edən 6 nəfər saxlanılıb. Bu şəxslərin qeyd edilən ərazilərdə yerləşən 40-a yaxın ev və obyektdən pul, qızıl-zinət, məişət əşyaları, həmçinin mobil telefonlar oğurladıqları müəyyən edilib.

Rüya tabirlerini burdan oku

İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı rayon ərazisində soyğunçuluq və quldurluq edən 8 nəfərdən ibarət 3 cinayətkar dəstə saxlanılaraq istintaqa təqdim ediliblər. Tutulan zaman onlardan birindən atəşə yararlı “Walter” markalı tapança və 4 ədəd parton da aşkar edilib.

Qeyd edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu