Narkotik təsiri altında taksi idarə edən şəxs saxlanıldı
BEY.AZ informasiya agentliyi xəbər verir
Ağstafada narkotik vasitənin təsiri altında taksi fəaliyyəti göstərən və toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktiki-monitorinq tədbirləri keçirib. Tədbir zamanı konstruksiya dəyişikliyi, təhlükəsizlik kəmərindən istifadə etməmə, dayanma-durma və s. qayda pozuntularına yol verilən sürücülər barəsində qanuna müvafiq tədbir görülüb. Sürücülər ilə profilaktiki söhbətlər aparılaraq onlara Yol Hərəkəti haqqında qanunun tələbləri xatırladılıb və bildirilib ki, qaydalara riayyət edərək sürücülər həm özlərinin həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etsinlərlər. Kobud qayda pozuntularına yol verən 30-a yaxın sürücü barəsində inzibati qaydada tədbir görülüb, bir neçə avtomobilin istismarı dayandırılaraq duracağa təmin edilib. Polis əməkdaşları piyadalar ilə bağlı da müvafiq tədbirlər həyata keçirib. Beləki yolun qadağan olan hissəsindən qarşıya keçən piyadalar müəyyən olunaraq, profilaktiki söhbət aparılaraq barələrində qanunamüvafiq tədbir görülüb.
Monitorinq zamanı hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü Eyvaz Namazov yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Tibbi müayinə zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi müəyyən olunan E. Namazov barəsində tərtib olunan protokol baxılması üçün məhkəməyə göndərilib.
Bundan başqa araşdırmala zamanı araşdırmalarla Aqşin İsmayılovun özünə məxsus “VAZ” markalı avtomobil illə toy karvanında dövlət qeydiyyat nişanını gizlədərək yollarda intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaratdığı və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub. Həmin şəxs saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
- Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Narkotik #təsiri #altında #taksi #idarə #edən #şəxs #saxlanıldı