fbpx

NASA alimləri 50 ildir dondurulmuş nümunələri araşdırmağa başlayıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


NASA alimləri Ay səthindən gətirilən və 50 ildir dondurulmuş “Apollo 17” nümunələrini tədqiq etməyə başlayıblar.

Bu barədə Metbuat.az NASA-nın rəsmi saytına istinadla xəbər verir.

Bildirilir ki, 1972-ci ilin dekabrında Yerə qayıdan “Apollo 17” astronavtları Ay səthinin süxurlarından nümunələrlə gəliblər. Onlar Yerə qayıtdıqdan sonra bu nümunələr NASA-nın Conson Kosmik Mərkəzində dondurularaq xüsusi soyuducularda saxlanılıb.

Rüya tabirlerini burdan oku

Bununla belə, nümunələrin araşdırma üçün tədqiqatçılara çatdırılması prosesi sadə deyildi. 4 il çəkən bu proses araşdırma komandasının dondurulmuş nümunələri emal etmək üçün bir obyekti layihələndirməyə və yenidən təchiz etməyə başladığı zaman başlayıb. Bu, yeni bir yanaşma idi və alimlər gələcək Ay missiyalarına tətbiq oluna biləcək bir texnikadan istifadə edəcəklər.

Qeyd olunur ki, bu nümunələr Yerə gətirildikdə, bir hissəsi otaq temperaturunda saxlanılıb, digər hissəsi isə dondurulub. Alimlər fərqlərin olub- olmadığını müəyyən etmək üçün hər iki nümunələri təhlil edəcəklər. Fərqli saxlama üsullarının səbəb olduğu hər hansı dəyişikliyi başa düşmək tədqiqatın əsas missiyalarından biridir.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu