NASA asteroidə doğru kosmik aparat göndərdi
ABŞ-nin kosmik agentliyi NASA-nın kosmik apartı 2022-ci ildə istiqamətini dəyişdirən asteroidə doğru yola düşüb.
BEY.AZ BBC-yə istinadən xəbər verir ki, “Hera” adlı kosmik aparat bazar ertəsi saat 10:52-də (yerli vaxtla) Floridadakı Keyp Kanaveral kosmodromundan buraxılıb. Bu missiya təhlükəli asteroidlərin Yer kürəsinə çırpılmasının qarşısının alınmasını araşdırmaq üçün beynəlxalq layihənin bir hissəsidir. Dimorfos adlı kosmik cisim üzərində araşdırmalar aparmağı nəzərdə tutur.
Hər şey plan üzrə gedərsə, “Hera” 2026-cı ilin dekabrında təxminən 7 milyon mil uzaqlıqda yerləşən Dimorfos asteroidinə çatacaq.
Hera missiyası, Avropa Kosmik Agentliyi tərəfindən idarə olunan və NASA-nın İkili Asteroidin Yönləndirilməsi Testi (DART) layihəsinin davamıdır.
Dimorfos Yerin yaxınlığında yerləşən Didimos adlı asteroidin ətrafında dövr edən 160 metr genişliyində kiçik bir peykdir. 2022-ci ildə NASA Dimorfosun istiqamətini bir neçə metr dəyişdirməyə müvəffəq olub və bu, kosmosda asteroidlərin istiqamətini dəyişmək üçün uğurlu sınaq idi.
“Hera” missiyasının məqsədi iki il sonra Dimorfosa çataraq onun səthində yaranmış kraterin ölçüsünü və dərinliyini araşdırmaqdır. İki kiçik kub şəklindəki zondlar isə asteroidin tərkibini və kütləsini öyrənəcək.
“DART” və “Hera” missiyalarının hədəflədiyi asteroidlər təxminən 100-200 metr enindədir, onları Yerdən görmək çətindir.
2013-cü ildə ev ölçüsündə bir asteroid Rusiyanın Çelyabinsk şəhəri üzərində partlayaraq 200 kvadrat millik ərazidəki pəncərələri sındırmış və binalara zərər vurmuşdu. Partlayış nəticəsində 1,600-dən çox insan yaralanmışdı. Alimlər gələcəkdə bu kimi asteroidləri əvvəlcədən müəyyən edərək onların istiqamətini dəyişməyi hədəfləyirlər.
Alimlər xəbərdarlıq edir ki, hər asteroidin kursunu dəyişdirmək asan deyil və bunun üçün təhlükəni vaxtında aşkar etmək vacibdir.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |