fbpx

NASA-nın teleskopu yeni görüntü çəkdi

BEY.AZ informasiya agentliyi xəbər verir



“James Webb” teleskopu Saturnun peyki “Enceladus”un cənub qütbündə təxminən 10 min kilometr uzunluğunda donmuş su yığıntısının görüntüsünü çəkib.

Metbuat.az bildirir ki, nəhəng su buludu ilə bağlı danışan NASA uçuş mərkəzindən Ceronimo Vilanueva qeyd edib:

“Görüntüyə baxdıqda ilk öncə yanıldığımı düşündüm. Aydan 20 dəfə böyük bu su buludu məni təəccübləndirdi”.

Alimlər su kütləsinin 30%-nin buludun içində qaldığını, yerdə qalanın isə Saturn sistemindən xaricə yüksək sürətlə yayıldığını təxmin edirlər.

Elm adamları bildirir ki, Saturn və Yupiterin okean peykləri Günəş sistemimizdən kənarda həyat tapmaq üçün ümid edilən yerlər arasındadır. Sözügedən su buludu sayəsində yeni məlumatlar əldə etmək mümkün olacaq ki, bu da elm adamları üçün yeni fürsət deməkdir.

“James Webb” teleskopu Yerdən kənarda həyatın var olub-olmadığını araşdırmaq üçün Saturnun peyki “Enceladus”un səthindəki kimyəvi maddələri incələyəcək.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#NASAnın #teleskopu #yeni #görüntü #çəkdi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin