fbpx

Natəvan Babayevaya səhv diaqnoz qoyduğu iddia edilən həkimdən

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Ötən gün onkoloji xəstəlikdən 46 yaşında dünyasını dəyişən telejurnalist Natəvan Babayevaya səhv diaqnoz qoyduğu deyilən tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti Tamara Quliyeva iddialara cavab verib.

Metbuat.az xəbər verir ki, Tamara Quliyeva Teleqraf.com-un əməkdaşının “Jurnalist Qənirə Ataşova iddia edir ki, siz Natəvan Babayevanı əməliyyat etmisiniz və ondan sonra bədənində yaranan səpkiləri allergiya adı ilə 7 ay müalicə etmisiniz. Bu iddialar haqqında nə deyə bilərsiniz” suallına “Ümumiyyətlə, Qənirə Ataşovanın vəziyyətdən xəbəri yoxdur. Mən heç xəstəni əməliyyat etməmişəm. Xəstə hər iki orqanın onkoloji xəstəsi idi”, – deyə cavab verib.

Qeyd edək ki, Qənirə Ataşova ötən gün Natəvan Babayeva haqqında sosial şəbəkədə paylaşım edərək bu sözləri yazıb: “Onu Bakıda Toma (Tamara Quliyeva) adlı bir həkim əməliyyat etmişdi. Əməliyyatdan sonra bədənində səpkilər yarandı. 7 ay həmin həkim səpkilərə allergiya deyib müalicə etdi. Onun getdiyi allergoloq 3 dəfə Natəvana səndəki problem onkolojidir dedi. Onkoloq xanım isə Natəvana əksini dedi. Beləcə Natəvan Türkiyəyə dünyaca tanınmış onkoloq Gül Başaranın yanına getdi. Professor ona bu səpkilər metastazdır dedi”.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Natəvan #Babayevaya #səhv #diaqnoz #qoyduğu #iddia #edilən #həkimdən

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu