fbpx

NATO-nun yem olaraq Rusiyanın qarşısına atdığı Ukrayna PARÇALANA BİLƏR

BEY.AZ informasiya agentliyi xəbər verir


“24 fevral RusiyaUkrayna arasında müharibə 2-ci dünya müharibəsindən sonra Avropa qitəsində baş verən ən geniş hərbi əməliyyatlardı. Artıq bütün Ukraynanı əhatə edən müharibə vəziyyəti həm də 2008-ci il Gürcüstan ssenarisini xatırladır”.

Bu fikirləri Metbuat.az-a politoloq Züriyyə Qarayeva edib. Onun şərhinə görə, görünür ki, məqsəd hakimiyyəti devirərək rusyönümlü şəxsi hakimiyyətə gətirərmək, ilhaq olunan ərazilərin müstəqilliyini tanıtmaq və ya Ukraynanın Kiyevdən şərqdə yerləşən hissəsini işğal edərək ölkəni iki hissəyə parçalamaq və buffer zona yaratmaqdır.

Bəs hücum gözlənilən idimi? Politoloq bu suala cavab olaraq mühüm bir fakta diqqət çəkdi:

“Bir neçə gün öncə Vladimir Putin Ukraynanın şərqindəki separatçı bölgələr, Donetsk və Luqanskın müstəqilliyinin tanınması haqqında fərman imzaladı. Çıxışı zamanı keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) qurucusu Vladimir Leninin Ukraynanın memarı olduğunu deyən Putin, ölkədə dağıdılan Leninin heykəllərinə toxunaraq, “Buna dekommunizm deyirlər. Siz kommunizmdən təmizlənmək istəyirsiniz? Ukrayna üçün kommunizmdən təmizlənməyin nə demək olduğunu sizə göstərmək üçün biz hazırıq” dedi. Putin bəyan etdi ki, Qərb müttəfiqlərindən NATO-nun şərqə doğru genişlənməməsi, Rusiya sərhəddində silah yerləşdirməməsi və 1997-ci ildə imzalanan Rusiya-NATO Aktına əməl etmə tələblərinə müsbət cavab ala bilmədikləri üçün Ukraynanın şərqində atəşkəs razılaşmasının həyata keçirilməsi üçün artıq heç bir ümid görmürlər. Bu çıxış növbəti planın hücum olduğuna dair ehtimallar yaradırdı”.

Züriyyə Qarayeva xüsusilə vurğuladı ki, bir müddət öncə isə Rusiya hökuməti tərəfindən ABŞ və NATO-ya təhlükəsizlik təminatları ilə bağlı ultimatum xarakterli iki ayrı anlaşma mətninin qəbul olunmayacağı təqdirdə Kreml hərbi cavab veriləcəyini açıq bəyan etmişdi. Ekspert xatırlatdı ki, müasir dünyadakı geosiyasi vəziyyət də Putinin məhz indi hücum planını icra etməsinə zəmin yaratdı:

“Birincisi, ABŞ cəmiyyətində sosial-siyasi qütbləşmə dərinləşib. İkincisi ABŞ-ın Çini əsas strateji rəqib elan edərək, əsas gücünü Hind-Sakit okean regionuna yönəltməsi Moskvanın ikinci cəbhə açmasına fürsət yaratdı. Həmçinin, Putin rejiminə qarşı blokun sərt siyasət apara bilməməsi və Avropada müvafiq problemdən doğan ikiləşmə Kremlin düşünmədən müharibə əmri verməsinə səbəb oldu”.

– Danışıqların şərtləri nə ola bilər?

“Rusiyanın bugünkü işğal siyasətinin arxasında məhz ilhaq etdiyi bölgələrin müstəqilliyini leqallaşdırmaq dayanır. Danışıqlarda “Krımdan əlinizi çəkin, qondarma respublikaları tanıyın, bütün sanksiyaları dayandırın” kimi şərtlər irəli sürülü bilər. Ehtimallar içərisində Ukraynanın parçalanması hədəfi də var. Putin bir neçə il öncə dövlət kanalına verdiyi müsahibəsində “Kiyevdən Qərbə sizin, Şərqə bizim” deyərək digər ərazilərə iddialı olduğunu açıq ifadə etmişdi. Şərqdəki şəhərlər strateji əhəmiyyət baxımından Rusiya üçün önəmlidir. Odessa və Azov dənizin sahilində yerləşən Mariopol kimi liman şəhərləri, Xarkov, Dneptorpetrovsk kimi ABŞ-ın uzaqmənzilli raketlərinin yerləşdirildiyi bölgələrin əldə edilməsi həm bufer zona kimi istifadə edilmə məqsədi daşıyır, həm ərazi problemini dərinləşdirməklə Ukraynanın NATO-a üzvlüyü əngəllənmiş olur, həm də Krımın su təchizatı problemi həllini tapmış olur”.

Züriyyə Qarayeva qeyd etdi ki, müharibənin ilk günü göstərdi ki, Ukraynanı Rusiya hərbi təcavüzündən qorumaq üçün Qərbin – NATO-nun hər hansı bir planı olmayıb. Görünən odur ki, Qərb Gürcüstan hadisələrindən heç bir nəticə çıxarmadı və ya çıxarmaq istəmədi. 2008-ci ildə Buxarest sammitində AlmaniyaFransa Ukrayna və Gürcüstanın NATO-a üzvlüyünə veto qoymasaydı Rusiyanın bugünkü aqressiv siyasəti olmayacaqdı.

“ABŞ başda olmaqla NATO Ukraynanı yem olaraq Rusiyanın qarşısına atdı. Qərb Rusiyaya qarşı əhəmiyyətsiz sanksiyaları davam etdirəcək. Bu sanksiyalar isə Kremli durdurmaq gücünə malik olsaydı öncədən bu addım heç atılmazdı. Çünki, Rusiya arxayındır ki, ən mühüm iki sanksiya tətbiq edilməyəcək. Böyük iqtisadi zərbəyə səbəb olacaq sanksiyalar siyahısına neft-qaz alış-verişindən imtina, Swift sistemdən çıxarma da daxildir. Çünki, Avropa İttifaqının Rusiya qazından aslılığı kifayət qədər yüksəkdi. 510 milyard kub metr olan illik qaz istehlakının 178 milyard kub metri Rusiyadan əldə edilir. Bunun alternativi yoxdur. İxrac davam etdiyi üçün də ödəmələrin icra olunması üçün Rusiyanın Swift sistemində saxlanılması labüddür. Amma tətbiq edilən sanksiyalar isə Rusiyanı hədəflərindən yayındırmayacaq. Banklar, texnoloji sektor, hərbi sənaye kompleksinə, fərdlərə qarşı olan sanksiyaların təsirlərini Rusiya illər sonra görəcək. Ancaq Ukrayna Rusiya ilə illərlə savaşa bilməz”.

Politoloq şərhində xüsusilə bildirdi ki, bu müharibə bir daha göstərdi ki, Rusiya Qərbin ifadə etdiyi kimi kiçik dövlət deyil. Qərb isə onun qarşısında tab gətirəcək gücdə və ya istəkdə deyil.

“Hazırda beynəlxalq institutlar “fəlç” olmuş vəziyyətdədir. ATƏT-in adı çəkilmir. BMT heç bir qərar qəbul edə bilmir. Artıq Vyana, Paris, Yalta, Tehran, Potsdam kimi konfranslar keçirilə bilmir. Son 150-200 ilin məhsulu olan beynəlxalq hüquq işə yaramır. Çünki, həmin hüquqlar Rusiyadan qabaq Qərbin özü tərəfindən pozulmuşdu. Bu gün isə qarşı cəbhə göz yumduğu hadisələrin acı nəticəsini yaşayır. Dünən Belarusda, Qazaxıstanda baş verənlər məlum zəncirin halqaları idi. İndi sıra Ukraynadadır. Ssenarinin işə düşməsini dayandıracaq tək güc Ukrayna ordusudur. Ukrayna ordusu müqavimət səddi yaradıb Rusiya qüvvələrini dayandıra bilsə, müharibə bitəcək. Bunun nə dərəcə real olduğunu söyləmək çətindir. Tək həqiqət isə odur ki, dünya birliyi hələ uzun müddət qınamağa davam edəcək”.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin