NATO-nun yeni baş katibi prioritetlərini açıqladı
NATO-nun yeni baş katibi Mark Rutte prioritetlərini açıqlayıb.
BEY.AZ xəbər verir ki, o bildirib ki, prioritetləri Ukrayna başda olmaqla alyansın gücünü artırmaq üçün daha çox müdafiə sərmayələri qoymaq və Uzaq Şərq də daxil olmaqla NATO tərəfdaşlıqlarını inkişaf etdirmək olacaq. Rutte “İşə başlamaq üçün səbirsizlənirəm” deyərək, Stoltenberqə NATO-nu daha güclü və vahid hala gətirdiyinə görə təşəkkür edib. Stoltenberqə müraciət edən Rutte deyib:
“Biz ikimiz də güclü transatlantik əlaqənin ittifaqımızın əsası olduğuna inanırıq və sizi əmin edə bilərəm ki, onun möhkəm olması üçün əlimdən gələni edəcəyəm”.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |