NATO ölkələrinin müdafiə nazirləri Brüsseldə bir araya gəldilər
NATO ölkələrinin müdafiə nazirləri Brüsseldə bir araya gəliblər.
BEY.AZ xəbər verir ki, iclasda alyansın müdafiə və çəkindirici gücünün artırılması, Ukraynaya dəstək, Asiya-Sakit Okean və Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Məlumata görə, NATO-nun Brüsseldəki qərargahında keçirilən iclas NATO-nun baş katibi Mark Ruttenin sədrliyi ilə keçirilən ilk toplantı olub. Rutte iclasın açılışında mətbuata açıqlama verib.
Yeni Zelandiya, Avstraliya, Yaponiya və Cənubi Koreyanın müdafiə nazirlərinin ilk dəfə NATO-nun müdafiə nazirləri toplantısına qatıldığını bildirən Rutte, görüşdə AB-nin də iştirak etdiyini ifadə edib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |