NATO sözçüsündən təyyarə qəzası ilə bağlı açıqlama
NATO-nun sözçüsü Farah Dakhlallah Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı açıqlama verib.
BEY.AZ xəbər verir ki, o sosial media hesabındakı paylaşımında təyyarə qəzasında həyatını itirənlərin yaxınlarına başsağlığı verib. NATO sözçüsü, “Biz qəzada yaralananların tezliklə sağalmasını arzulayırıq və hadisəni hərtərəfli araşdırmaya çağırırıq” – deyə bildirib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, o cümlədən 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı, həmçinin 5 ekipaj üzvü olub. İnsident nəticəsində 38 sərnişin ölüb, 3-ü uşaq olmaqla 29 nəfər sağ qalıb.
Prezident İlham Əliyevin sərəncamına əsasən, təyyarə qəzasında həlak olanların xatirəsinə 2024-cü il dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |