Naxçıvan Ali Məclisində yeni təyinatlar oldu
Naxçıvan Muxtar Respublikası Ali Məclisində yeni təyinatlar olub.
BEY.AZ xəbər verir ki, bununla bağlı Ali Məclisin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb.
Sərəncama əsasən, Firudin Məmmədov Ali Məclis Aparatının İqtisadi məsələlər şöbəsinin Büdcə nəzarəti sektorunun müdiri təyin edilib.
Digər sərəncamla, Rəmzi İbrahimov Ali Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektoruna müdir təyin edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.