Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarına yeni avtomobillər verilib.
BEY.AZ xəbər verir ki, bu barədə Naxçıvan Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə tədbirlər həyata keçirilir.
Bu istiqamətdə görülən işlər çərçivəsində müasir texnologiyalarla təchiz edilmiş “Kia Sportage” “Kia Optima” “BMW” markalı avtomobillər ictimai təhlükəsizliyin daha da etibarlı qorunması, gündəlik fəaliyyətdə operativliyin artırılması üçün şəxsi heyətin xidməti istifadəsinə verilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |
Ana Sayfa