fbpx

​​​​​​​Naxçıvan Qarnizonu Qoşunlarında taktiki təlim keçirilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planına əsasən “Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə sərhəd axtarışının təşkili” mövzusunda birgə taktiki təlim keçirilib.

Metbuat.az xəbər verir ki, təlimin ssenarisinə əsasən sərhəd pozucuları dövlət sərhədini pozaraq Naxçıvan Muxtar Respublikasının ərazisinə keçməyə cəhd edirlər. Sərhəd naryadından daxil olmuş siqnala əsasən sərhəd bölmələrinin şəxsi heyəti “Silaha” komandası ilə qaldırılır. “Həyəcan qrupu” hadisə baş vermiş əraziyə, “Hərbi pərdələyici dəstə” sərhəd naryadları isə dövlət sərhədinin pozulduğu istiqamətdə təyin olunmuş hüdudlar boyu ərazinin qapadılması üçün hərəkət edirlər. Dövlət sərhədinin pozulması əlamətləri aşkar edildikdən sonra sərhədin mühafizəsi gücləndirilməklə aidiyyəti qurumların müvafiq bölmələri xəbərdar edilir. Sərhəd komendantlığının mobil qrupları və sərhəd zastavalarından cəlb olunmuş axtarış qrupları tərəfindən dövlət sərhədinin pozulduğu istiqamətdə axtarış tədbirləri həyata keçirilir.

Əməliyyat-axtarış tədbirlərinin daha effektli həyata keçirilməsi üçün əməliyyat rayonunda birgə qərargah yaradılır. Axtarış rayonunda sərhəd pozucularının dərinliyə sızmasına imkan verməmək məqsədilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının bağlama qrupları ilə birgə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrindən və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlı dəstəsindən ayrılmış qruplar da cəlb edilməklə təyin olunmuş hüdudlar boyu ərazi qapadılır. Birgə fəaliyyət zamanı təcrid edilmiş ərazilərdəki yaşayış məntəqələrində naməlum şəxslər haqqında məlumatların toplanılması məqsədilə əraziyə yaxın yollarda reydlər keçirilir, əməliyyat rayonunun giriş-çıxış yollarında nəzarət məntəqəsi xidməti təşkil olunur.

Rüya tabirlerini burdan oku

Aparılmış uğurlu axtarış tədbirləri nəticəsində aşkar olunmuş sərhəd pozucuları mühasirəyə alınaraq yaxalanır və sərhəd axtarışı ərazisində fəaliyyət dayandırılaraq rejimə qoyulmuş məhdudiyyətlər aradan qaldırılır.

Təlimin yekununda “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası komandirinin birinci müavini – qərargah rəisi, polkovnik Muxtar Həmzəyev birgə fəaliyyət nəticəsində təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunduğunu bildirib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu