fbpx

Naxçıvana uçuşlar dövlət büdcəsi hesabına qarşılansın

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Naxçıvana uçuşlar dövlət büdcəsi hesabına qarşılansın.

BEY.AZ APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Aviasiya haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O bildirib ki, biletlərin qiymətinin baha olması ilə bağlı məsələ deputatları narahat edir: “Müxtəlif aviaşirkətlərin Azərbaycana gəlməməsi də bizi narahat edir. Biz AZAL-da görüşdə bu məsələləri qaldırdıq. Mən Naxçıvandan seçilmişəm. Gələcəkdə dövlət büdcəsinin müzakirəsi zamanı məsələ qaldıracam ki, Naxçıvana uçuşlar dövlət büdcəsi hesabına qarşılansın. Çünki verilən 5 milyon manat dotasiyanın 20-25 %-i bilet məsələsinə aid edilir, qalan bütün yük AZAL-ın üzərində qalır. Naxçıvan blokadada olduğuna görə bu xərclər dövlət büdcəsi tərəfindən ödənilməlidir. Naxçıvana uçuşlar qaydasına düşüb, ancaq yerdəyişmələr olur”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Naxçıvana #uçuşlar #dövlət #büdcəsi #hesabına #qarşılansın

Rüya tabirlerini burdan oku

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu