fbpx

Naxçıvanda bu nazirlik ləğv olunur

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi ləğv edilir.

Metbuat.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, artıq bununla bağlı Fövqəladə Hallar Nazirliyində iş aparılır. Yeni yaradılacaq qurumun adı isə Fövqəladə Hallar Nazirliyinin Naxçıvan Regional Mərkəzi olacaq.

Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasının fövqəladə nallar naziri general-leytenant Şamı Abdullayevdir.

Rüya tabirlerini burdan oku

Sosial şəbəkələrdə Şamı Abdullayev barəsində də bəzi iddialar irəli sürülüb. Bildirilir ki, Naxçıvan FHN-də və onun struktur qurumları olan Yanğın Təhlükəsizliyi İdarəsində, Maliyyə İqtisadiyyat Şöbəsində və Mülki Müdafiə hərbi hissəsində yoxlamalar aparılsa nəticədə ciddi qanun pozuntuları aşkara çıxacaq. İddia olunur ki, Şamı Abdullayevin hərbi hissə komandiri ilə şərik əkdiyləri hektarlarla taxıl sahələri var və hərbi hissəyə ayrılan yanacaq şəxsi taxıl sahələrində istifadə olunur.

General-leytenant Abdullayev Şamı İsmayıl oğlu 05.01.1962-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi və Rusiya Federasiyasının V.V.Kuybışev adına Hərbi Mühəndislik Akademiyasının mülkü müdafiə fakultəsini bitirib. Ailəlidir, 2 övladı var.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Naxçıvanda #nazirlik #ləğv #olunur

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu