fbpx

Naxçıvanda məktəbin çökməsi zamanı ölənlərin adları açıqlandı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb.

Bu barədə Metbuat.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm qəsəbəsi, 3 saylı tam orta məktəbdə aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Rüya tabirlerini burdan oku

Vurğulanıb ki, axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar içərisində daha bir nəfərin cəsədi aşkar edilərək çıxarılıb.

Həlak olan şəxslər:

2000-ci il təvəllüdlü Qadir Süleymanov,

1972-ci il təvəllüdlü Həsən Əliyev,

1961-ci il təvəllüdlü İbrahim Məhərrəmov,

1988-ci il təvəllüdlü Asəf Rüstəmov.

Xəsarət alan şəxs:

1996-cı il təvəllüdlü Alı Əliyev.

“Hazırda Babək rayon prokurorluğunda araşdırma davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda vurğulanıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu