Naxçıvanda ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaret aşkar edilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yollarla ölkə ərazisinə gətirilən və Azərbaycanın aksiz markası ilə markalanmayan külli miqdarda siqaret aşkar ediblər.
Bu barədə Metbuat.az-a komitədən məlumat verilib.
Bildirilib ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Naxçıvan şəhər sakinindən müxtəlif adlarda, ümumilikdə 182 960 ədəd aksiz markası ilə markalanmayan siqaretlər aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Naxçıvanda #ölkəyə #qanunsuz #gətirilən #külli #miqdarda #siqaret #aşkar #edilib