fbpx

Naxçıvanın daxili işlər naziri vətəndaş qəbulu keçirdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Süleyman Nemətov qəbula gələn vətəndaşların problemlərinin həlli üçün baş idarə, idarə və şöbə rəislərinə müvafiq tapşırıqlar verib.

Bu barədə Metbuat.az DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qəbul üçün müraciət edən vətəndaşlar muxtar respublikanın daxili işlər naziri, polis polkovniki Süleyman Nemətov tərəfindən qəbul edilir.

Rüya tabirlerini burdan oku

Qeyd olunub ki, bütün müraciətlər diqqətlə yoxlanılır, uçot-qeydiyyatı aparılmaqla nəzarətə götürülür. Qəbula gələn 159 vətəndaşı dinləyən S.Nemətov onların problemlərinin həlli üçün baş idarə, idarə və şöbə rəislərinə müvafiq tapşırıqlar verib: “Müraciətlərin əksəriyyəti yerində həllini tapıb. Elə müraciətlər var ki, araşdırma tələb edir. Həmin araşdırmalar çərçivəsində müraciətlərin mahiyyətinə uyğun və nəticəsindən asılı olaraq müvafiq qərarlar qəbul ediləcək”.

Məlumatda vurğulanıb ki, muxtar respublikanın daxili işlər naziri vətəndaş qəbullarını davam etdirir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Naxçıvanın #daxili #işlər #naziri #vətəndaş #qəbulu #keçirdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu