fbpx

“Nazilə Səfərli işlədiyim xəstəxanada xadimə idi”

BEY.AZ informasiya agentliyi xəbər verir


Aparıcı və prodüser Tarix Əliyevin (Tolik) verilişinin ötən gün yayımlanan buraxılışında maraqlı anlar yaşanıb.

Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, proqram zamanı tamaşaçılardan biri efirə zəng edərək şairə Nazilə Səfərli ilə bağlı iddia irəli sürüb.

Adının İradə olduğunu deyən qadın Səfərlinin onun çalışdığı xəstəxanada 10 il əvvəl xadimə işlədiyini deyib. Sözügedən şəxs Fatimə ilə Nazilə arasındakı qalmaqala görə şairəni qınayıb:

“Hamının keçmişi, bu günü və gələcəyi var. Məsələn, tanıdığım adam var, keçmişdə fəhlə işləyib, indi vəzifədədir. İnsan gərək keçmişini yadından çıxartmasın. Mən özüm mama-ginekoloqam. 23 il Respublika Perinatal Mərkəzdə işləmişəm. Nazilə xanım da bizim xəstəxanada xadimə işləyib. Daha sonra qəfildən işdən ayrıldı. Mən onun ayrılma səbəblərini deməyəcəm, o onun öz işidir. İndi şairədir, öz yolunu tapıb, müəyyən qazancı var. Mənim məqsədim heç kimi alçaltmaq deyil. Amma insanları təhqir etmək haqsızlıqdır. Fatimə xanım da uzun əziyyətlərdən sonra bu yerə gəlib çıxıb”.

Qeyd edək ki, bir müddət əvvəl rəqqasə Fatimə Fətəliyeva ilə şairə Nazilə Səfərli arasında qalmaqal yaşanıb. Sonda hər iki məşhur bir-birini məhkəmə ilə hədələyib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin