Nazir Araz Hüseynova yüksək vəzifə verdi
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi polkovnik Hüseynov Araz Müsafir oğlu vəzifəsindən azad edilib.
BEY.AZ Qaynariinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Nazirin digər əmri ilə polkovnik Araz Hüseynov Cənub Regional Mərkəzinin rəis müavini təyin olunub.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |