Nazir məktəbəqədər təhsil proqramını təsdiqləyib
BEY.AZ informasiya agentliyi xəbər verir
Təhsil naziri Emin Əmrullayev
Metbuat.az xəbər verir ki, bu barədə təhsil naziri əmr imzalayıb.
Əmrə əsasən, Təhsil Nazirliyinin 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilib.
Təhsil İnstitutuna (Rüfət Əzizov) “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin etmək tapşılıb.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.